Pandemiya dövründə sərvətlərinə sərvət qatan milyarderlər

17-12-2020, 05:55           
Pandemiya dövründə sərvətlərinə sərvət qatan milyarderlər
2020-ci ildə koronavirus pandemiyasına və onun doğurduğu fəsadlara baxmayaraq, dünyanın ən zəngin sakinləri daha da varlanıblar.

Teref.az “Forbes”ə istinadla xəbər verir ki, 11 dekabr tarixinə olan vəziyyətə görə dünyanın 2 200 ən zəngin sakininin məcmu varidatı ötən ilin müvafiq dövrünə nisbətən 1,9 trilyon ABŞ dolları (20 faiz) artaraq 11,4 trilyon ABŞ dollarına çatıb.

Nəşrin hesablamalarına görə, o cümlədən 400 çinli milyarderin məcmu varidatı 750 milyard ABŞ dolları (60 faiz) artaraq, 2 trilyon ABŞ dollarına çatıb.

Qeyd edilir ki, 600 amerikalı milyarder 560 milyard ABŞ dolları varlanaraq, 4 trilyon ABŞ dolları, 40 fransalı zəngin isə 95 milyard ABŞ dolları varlanaraq, 500 milyard ABŞ dollarına sahib olublar.modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru