"Pfizer" və "Moderna" peyvəndin əks təsirlərinə cavabdeh olmayacaq

18-12-2020, 08:55           
"Pfizer" və "Moderna" peyvəndin əks təsirlərinə cavabdeh olmayacaq
"Pfizer" və "Moderna" kimi əczaçılıq şirkətləri yeni növ koronavirus infeksiyasına qarşı hazırladıqları peyvəndlərin könüllülər üzərində təcrübə aparıldığı zamanı yarana biləcək əks təsirlərə görə məsuliyyətə cəlb edilməyəcəklər.

Teref.az məlumatına görə, bu barədə CNBC mütəxəssislərə istinadən xəbər verib.

Qeyd olunub ki, bu cür immuniteti şirkətlərə ABŞ hökuməti verib.

Dallasda əmək və məşğulluq üzrə vəkil Roqq Dan bildirib ki, qanuna əsasən, əczaçılıq şirkətləri ümumiyyətlə kifayət qədər mühafizə ala bilmirlər:

- Toxunulmazlıq haqqında qanunun qəbul edilməsi isə çox nadirdir. ABŞ Konqresi peyvəndin vurulması nəticəsində sağlamlığına ziyan dəyən vətəndaşlara vəsaitin ödənilməsi üçün xüsusi fond yaradıb. Amma bu vəsaitdən istifadə edənlərin sayı azdır. Son onilliklər ərzində iddia qaldıran amerikalıların yalnız 6% -i təzminat ala bilib.

Onun sözlərinə görə, hökumət insanların "COVID-19" peyvəndi istehsal edən şirkətləri məhkəməyə verməsini istəmir:

- Çünki bu halda dərman yaradan şirkətlər hökumətdən dərman dozası üçün daha yüksək qiymət tələb edəcəklər. //Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru