Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı

19-12-2020, 06:17           
Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı
Cənubi Afrika Respublikasının (CAR) genetikləri koronavirusun yayılmasının ikinci dalğası fonunda ölkədə COVID-19-un mutasiyasını aşkar ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bundan əlavə, Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, 501.V2 adlandırılan yeni növ birinci dalğa ilə müqayisədə daha sürətlə yayılır, əsasən gənclər arasında ağır COVID-19-a səbəb olur.

CAR-ın Səhiyyə naziri Zveli Mxize bildirib ki, koronavirusun yeni növünün narahatlıqlara səbəb olmasına baxmayaraq, hazırda əhalinin təlaşa düşməsi üçün səbəb yoxdur. O, qoruyucu maska və əlcək taxmaq, həmçinin koronavirus pandemiyasına görə tətbiq edilmiş başqa qaydalara riayət etmək zərurətini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru