İri şirkətlər də Bitkoin almağa başladı – 30 MİN DOLLARA QALXACAQ

19-12-2020, 10:31           
İri şirkətlər də Bitkoin almağa başladı –
Son bir həftədə Bitkoinin qiymətində 20 min dollar və 23 min dollarlıq rekordlar qırıldıqdan sonra diqqət yenidən kripto valyuvta bazarına yönəlib. Mütəxəssislərin fikrincə, 20 min dollarlıq psixoloji həddi keçən Bitkoin-də ikinci psixoloji limit 30 min dollardır.

«Bitexen Texnologiya» şirkətinin İdarə heyəti üzvü Ramazan Dursun bildirib ki, son dövrlər bitkoinin kiçik investorlavrla yanaşı, iri institusional investorlar da almağa başlayıb. Qiymət artımının bir səbəbi də budur. Başqa sözlə 100 milyon dollar və daha artıq məbləğdə alış-verişlər Bitkoinin qiymətini artırıb.

Peşəkar kripto pul platformalarındakı Bitloin həcminin azaldığını ifadə edən Dursun, bildirib ki, 18 milyon Bitkoin sikkəsindən cəmi 2 milyonu bu platformalarda satılır: «Fərdi istifadəçilər və institusional investorlar da bu platformalara çox miqdarda Bitkoin almaq üçün gəldikləri üçün Bitcoin təchizatı azaldı və qiymət sürətlə yüksəldi».fed.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.