Ramiz Rövşəndən şəhid ailəsinə ev bağışlaması xəbərinə münasibət

19-12-2020, 22:48           
Ramiz Rövşəndən şəhid ailəsinə ev bağışlaması xəbərinə münasibət
Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında xəbərlərə münasibət bildirib.

Məsələ ilə bağlı sabah.az-a açıqlama verən Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib:

"Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”.

Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru