Tanınmış QHT rəhbərinin oğlu: "Anam koronavirusdan deyil, FHN-nin xəstəxanasındakı qəzada öldü" - ŞOK

20-12-2020, 10:21           
Tanınmış QHT rəhbərinin oğlu:
Bu gün koronavirusdan vəfat etdiyi bildirilən “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın oğlu anasının xəstəlikdən yox qəza nəticəsində həyatını itirdiyini bildirib.
Pravda.az-ın xəbərinə görə, onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən modul tipli xəstəxanasında həqiqətən qəza baş verib:

"Feysbukda yazılanlar doğrudur. Təəssüflər olsun ki, FHN-in modul tipli xəstəxanasında qəza baş verib. Qəzanın baş verdiyi korpusda oksigenlə bağlı problem var idi. Bu itki koronavirusa görə yox, qəzaya görə baş verdi. Bir korpusda 15 nəfər vəfat edib".

Xatırladaq ki, iki gün öncə FHN-nin modul tipli xəstəxanasında qəza baş verdiyi ilə bağlı sosial şəbəkələrdə xəbər yayılmışdı. Amma FHN məlumatı təkzib etmişdi.

http://pravda.az/news/32447












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru