Fərhad Əhmədovun keçmiş xanımı öz oğlunu məhkəməyə verdi - QALMAQAL

20-12-2020, 22:50           
Fərhad Əhmədovun keçmiş xanımı öz oğlunu məhkəməyə verdi - QALMAQAL
İngiltərədə keçmiş senator Fərhad Əhmədovun həyat yoldaşı və oğlu Teymurla bağlı məhkəmə dinləmələri başlayıb. İngilis cəmiyyəti və yerli mediaya görə, belə bir iş qeyri-adi bir şeydir. Çünki öz anası oğlunu məhkəməyə verir.
Bu barədə xəbəri Rusiyanın “Qlavnoye.net” portalı yayıb. Xəbərdə deyilir ki, “Qadına görə 27 yaşlı oğlu atası ilə sövdələşərək adlarına olan əmlakları gizlədiblər. Tatyana Əhmədovanın fikrincə, bu razılaşmaların məqsədi 2016-cı ildəki məhkəmə boşanmasında tələb olunan 600 milyon dolları ödəməməkdir”.
Jurnalistlərin yazdığına görə, iddiaya görə keçmiş əri sərvətini məhkəmə zamanı və sonradan oğlu Teymurun adına rəsmiləşdirirb. Nəticədə Teymur son vaxtlar Londonun ən bahalı bölgəsindəki daşınmaz əmlak, Moskvanın mərkəzində bir malikanə və çoxlu sayda bahalı müasir sənət əsərləri alıb. Bundan əlavə, son iki ildə Temurun bank hesablarına 100 milyon dollar köçürmə həyata keçirilib.
Məhkəmə iclası başlamazdan əvvəl Əhmədovun mənzillərində saatlarla axtarış aparılıb. Polisin fikrincə, mənzildə maliyyə maxinasiyaları ilə əlaqəli məlumatlar saxlanıla bilər. Bununla paralel hakim və vəkillər üç gün Teymuru sorğu-sual ediblər. Nəticədə altı yüz səhifəlik bir protokol tərtib edilib. Məhkəmə davam edir.\KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.