Qarabağdakı Rusiya sülhməramlılarının sayı artırılır? – Salınan şəhərciklər və şübhələr...

22-12-2020, 16:04           
Qarabağdakı Rusiya sülhməramlılarının sayı artırılır? –
Rusiya Müdafiə naziri Sergey Şoyqu Qarabağdakı 330 sülhməramlı üçün 2 şəhərciyin tikildiyi və daha 32 bu tip binanın salınacağını bildirib. Belədə isə ortaya şübhələr çıxır ki, sülhməramlıların sayı nəzərdə tutulduğundan dəfələrlə çox olacaq.
Sfera.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bu iddiaların nə dərəcədə reallığı əks etdirməsinə aydınlıq gətirib:

"Üçtərəfli bəyanatla bağlı Azərbaycan Prezidenti bildirmişdi ki, təfərrüatlarla bağlı sonradan bəzi redaktələr, əlavələr də ola bilər. Yəni, bu bəyanat tam bərkimiş, ideal bəyanat kimi dəyərləndirilməmişdi. Onunla bağlı əlavə dəyişikliklərin, müddəaların olacağı da səsləndirilirdi.

Rus sülhməramlıları üçün modul şəhərciyin neçə nəfər əsgər üçün nəzərdə tutulduğu barədə məsələ qeyri-müəyyən olduğundan konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ola bilsin, həmin şəhərciklərdə heç də nəzərdə tutulan qədər əsgər qalmasın.

Mümkündür ki, tikiləcək digər şəhərciklər 330 deyil, daha az əsgər üçün nəzərdə tutulsun. Düşünürəm ki, sülhməramlılar üçün qabaqcadan müəyyən edilmiş say tərkibi missiyanın yerinə yetirilməsi üçün kifayət qədərdir və bu rəqəm artırılmayacaq. Texnikaları da kifayət qədərdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.