Dünyanın ən çox gəlir əldə edən mobil oyunları

23-12-2020, 07:49           
Dünyanın ən çox gəlir əldə edən mobil oyunları
Analitik firma Sensor Tower, 2020-ci ilin ən qazanclı mobil oyunlarına dair hesabat yayımlayıb.

Teref.az techland.az-a istinadən bildirir ki, 2020-ci ilin ən qazanclı oyunu PUBG Mobile'dır.

Hesabatda Çin bazarı üçün hazırlanmış "Game for Peace" və beynəlxalq versiya yer alıb. Ümumilikdə isə mobil oyun, qurucularına 2,6 milyard dollar qazandırdı ki, bu da keçən ildəkindən 64% çoxdur.

İkinci yerdə 2,5 milyard dollar gəlirlə Honor of Kings, üçüncü sırada 1,2 milyard dollar gəlirlə Pokemon Go gəlir.

Sürətli böyümə tempi pandemiya ilə əlaqədardır: insanlar evdə daha çox vaxt keçirir və ağıllı telefonlarında oyun oynayır, tətbiq içi alış-verişə daha çox xərcləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru