Bu vaksin koronavirusun yeni ştammından qoruyacaq

24-12-2020, 08:35           
Bu vaksin koronavirusun yeni ştammından qoruyacaq
ABŞ-ın “Moderna” kompaniyasının rəhbərliyi hesab edir ki, onların mütəxəssisləri tərəfindən hazırlanmış vaksin Böyük Britaniyada aşkar olunmuş koronavirusun yeni ştammından müdafiəni təmin edəcək.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, müvafiq bəyanat kompaniyanın saytında dərc edilib.

“Biz artıq “Moderna” kompaniyasının koronavirusa qarşı vaksini ilə peyvənd olunan insanların və heyvanların qan plazmalarıının tədqiqatını aparmışıq. Müəyyən edilmişdi ki, vaksin öz effektivliyini qoruyub saxlayır”, - sənəddə deyilir.

“Bu məlumatlara əsaslanaraq, “Moderna” koronavirusa qarşı hazırlanmış vaksinin tətbiqi nəticəsində yaranan immunitetin bu yaxınlarda Böyük Britaniyada aşkar edilmiş SARS-CoV-2 variantlarına qarşı müdafiəni təmin edəcəyini gözləyir. Önümüzdəki həftələrdə bu gözləntiləri təsdiqləmək üçün əlavə vaksin tədqiqatları aparacağıq”, - bəyanatda qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru