Hərbçilərin mənzillə təmin edilməsinə 35 milyon manat ayrılır

24-12-2020, 13:53           
Hərbçilərin mənzillə təmin edilməsinə 35 milyon manat ayrılır
2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Bu ildə Azərbaycan Ordusu Ermənistanın təcavüzünə son qoyub.

Bu sözləri Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini deputatlara təqdim edən Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, işğaldan azad edilən torpaqların yenidən qurulması qarşıdan duran ən ümdə məsələdir: “Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub”.

Samir Şərifov əlavə edib ki, Azərbaycan ordusuna əlavə vəsaitin ayrılması nəzərdə tutulur: “Ümumilikdə müdafiə xərclərinin cəmi 4,6 milyard manata yaxınlaşıb”.

2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyini xatırladan maliyyə naziri qeyd edib ki, 2021-ci ildə Covid-19-la mübarizə tədbirlərinə 261 milyon manat ayrılacaq”.

O, həmçinin qarşıdan gələn ildə hərbi qulluqçuların mənzillə təmin edilməsinə 35 milyon manat ayrılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru