Raul Loueri Kontreras: "Azərbaycanda xristianlığın tarixi dinin özü qədər qədimdir"

25-12-2020, 00:07           
Raul Loueri Kontreras:
“Azərbaycanda xristianlığın tarixi dinin özü qədər qədimdir. Qafqazdakı ilk kilsə Azərbaycanda 1-ci əsrdə İsanın həvarilərindən biri olan Bartolomey tərəfindən inşa edilmişdir. 313-cü ildə Azərbaycan xalqının ata yurdu olan Qafqaz Albaniyası dünyanın ilk xristian dövlətlərindən biri oldu. Bu gün Müsəlmanlarla yanaşı, bütün konfessiyalardan olan yarım milyon xristian, pravoslav xristianlar, protestantlar, katoliklər, həmçinin Yehovanın Şahidləri və müasir müqəddəslərin davamçıları Azərbaycanda sərbəst yaşamaqda davam edirlər və inanclarını tətbiq edirlər “.

KONKRET.az xəbər verir ki, bu fikirləri Amerikalı jurnalist, “Erməni lobbisi və ABŞ Xarici Siyasəti” və “Dağlarda Qətl: Xocalıdakı Müharibə Cinayətləri və Dağlıq Qarabağ Münaqişəsi” kitablarının müəllifi Raul Loueri Kontreras səsləndirib.

Onun sözlərinə görə, “Azərbaycanda bir çox kilsələr Azərbaycan hökuməti tərəfindən dövlət hesabına təmir və bərpa edilmişdir. Və təkcə Azərbaycanda deyil, ölkədən kənarda da. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun, eyni zamanda YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Fransa, Bolqarıstan, Yunanıstan, Rusiya və digər Avropa ölkələrində katedral və kilsələrin təmir və bərpa edilməsinin təşəbbüskarıdır. Hələ Vatikandakı katakombaları demirəm. Papa Francisin 2016-cı ildə Bakıya gəlməsi əbəs deyildi. Mən orada idim və onu gördüm. Papa da Azərbaycandakı vəziyyəti dinlərarası münasibətlərin ən yaxşı nümunəsi kimi yüksək qiymətləndirdi. Azərbaycan Prezidentinin tapşırığı ilə Bakının mərkəzində Katolik Kilsə inşa edilib və orda davamlı kütləvi tədbirlər keçirilir”.

Raul Loueri Kontreras əlavə edib ki: “Ermənistan-Azərbaycan qarşıdurmasına baxmayaraq, 30 mindən çox etnik erməninin Azərbaycanın Bakı, Gəncə və digər böyük şəhərlərində dinc yaşamaqda davam etdiyini söyləyə bilərəm. Bakının mərkəzində, təmir edilmiş, bərpa edilmiş və dövlət tərəfindən qorunan gözəl bir erməni kilsəsi var. Kilsə kitabxanasında Azərbaycan hökumətinin Ermənistanın mədəni irsi kimi mükəmməl şəkildə qoruduğu 5000 qədim erməni kitabı var. Ermənistanın əsas dini xadimi II Katolikos Qaregin 2010-cu ildə bu kilsəni ziyarət etdi və ibadətgahın əla vəziyyətdə olduğunu etiraf etdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.