Azərbaycanda dollara tələbat son 10 ayda ən yüksək səviyyəyə yüksəldi – RƏQƏMLƏR

12-01-2021, 17:09           
Azərbaycanda dollara tələbat son 10 ayda ən yüksək səviyyəyə yüksəldi –
Bu gün – 12 yanvar tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 142,2 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, ötən ilin mart ayının 19-dan sonra Azərbaycanda gündəlik valyuta hərracında bu həcmdə valyuta satılmayıb. Ötən ilin mart ayının 19-da keçirilən hərracda 243,7 milyon dollar satılıb, mart ayının 29-da keçirilən növbəti hərracda isə 106,5 millyon dollar valyuta satılıb.
Bu gün hərracda satılan valyuta əvvəlki – 7 yanvar 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 71,6 milyon dollar və ya 2 dəfə çox olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar.
Dekabr - Yanvar ayında keçirilən valyuta hərraclarında valyuta satışı aşağıdakı kimi olub:
1 dekabr – 63,8 milyon dollar
3 dekabr – 63,1 milyon dollar
8 dekabr – 66 milyon dollar
10 dekabr – 67 milyon dollar
15 dekabr – 70 milyon dollar
17 dekabr – 70,8 milyon dollar
22 dekabr – 74,3 milyon dollar
24 dekabr – 79,8 milyon dollar
29 dekabr – 83 milyon dollar
05 yanvar – 66,4 milyon dollar
07 yanvar – 70,6 milyon dollar
12 yanvar – 142,2 milyon dollar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru