Gürcüstanın keçmiş müdafiə naziri barədə qərar verildi

Bu gün, 00:14           
Gürcüstanın keçmiş müdafiə naziri barədə qərar verildi
Tiflis Şəhər Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən sabiq müdafiə naziri
Cuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçib.

Axar.az xəbər verir ki, bununla da hakim ittiham tərəfinin vəsatətini təmin edib.

Bundan əvvəl müdafiə tərəfi sabiq nazirin zaminə buraxılması ilə bağlı vəsatət qaldırsa da, hakim təmin etməyib.

Sabiq müdafiə naziri 1 milyon 593 min 212 lari məbləğində qeyri-qanuni və əsassız gəliri leqallaşdırmaqda ittiham olunur.

Cuanşer Burçuladzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “c” bəndi və 332-ci maddəsinin 2-ci hissəsi, yəni, dövlət və ya siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. Qeyd olunan əməl 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gün Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru