Təbii qaz əhaliyə və xaricə neçəyə satılır? – QİYMƏTLƏR

22-02-2021, 11:15           
Təbii qaz əhaliyə və xaricə neçəyə satılır? – QİYMƏTLƏR
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 milyard 120 milyon 220,67 min kubmetr təbii qaz satılıb və bu həcmdə təbii qazın dəyəri 100 milyon 26,39 min dollara bərabər olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan təbii qazın 1 kubmetrinin qiyməti 8,9 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 15,2 qəpik təşkil edib.
Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kubmetr təbii qazın daxili bazardakı qiyməti aylıq istehlak 2200 kubmetrədək olduğu zaman 10 qəpik (5,9 sent), 2200 kubmetrədən artıq olduqda isə 20 qəpiyə (12 sent) bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru