Üçüncü dalğa başlayır: karantin sərtləşə bilər... - GƏLİŞMƏ

24-02-2021, 15:01           
Üçüncü dalğa başlayır: karantin sərtləşə bilər... - GƏLİŞMƏ
Polşada pandemiyanın 3-cü dalğası elan edilib. Bir çox ölkə artıq 3-cü dalğanın təsirlərindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. Maraqlıdır, pandemiyanın 3-cü dalğası ölkəmizdə də hiss ediləcəkmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, yalnız Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın üçüncü mərhələsini elan edərsə, yəni artıq bir neçə ölkədə intensiv artım təkrarlanarsa, bunu üçüncü dalğa kimi dəyərləndirmək olar:

“Təbii ki, o zaman Azərbaycan da qabaqlayıcı tədbirlər görə, karantin qaydaları yenidən sərtləşdirilə bilər. Bu sahədə ən nümunəvi ölkə Böyük Britaniya hesab olunur. Orada epidemioloji vəziyyət daha qənaətbəxşdir. Hesab edirəm ki, üçüncü mərhələ olacaqsa, karantin sərtləşdirilməlidir”.

A.Qeybulla vaksinasiyanın hazırda davam etdiyini və bunun koronavirusdan qurtulmaq üçün daha nikbin olmağa əsas yaratdığını bildirib:

“İnsanlar vaksinasiya olunmalı, social məsafə və maskadan istifadəni unutmamalıdırlar. Bizim artıq bir ilə yaxın bir vərdişimiz formalaşıb, maska geyim atributuna çevrilib. Buna diqqəti artırmaq, sosial məsafə gözləmək lazımdır ki, yeni dalğadan və qapanmalardan qorunaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru