SSRİ-ni vahiməyə salan bakılı oğru - Video
14-02-2016, 00:55
“Qara volqa”. Bu, Bakıda ötən əsrin 50-ci illərində film kimi cinayətlər törədən dəstənin adıdır
Qətl, qarət və oğurluq əməllərini böyük peşəkarlıqla həyata keçirən “Qara volqa” cinayətkar qrupu bütün SSRİ miqyasına səs salmışdı. Uzun müddət onların cinayət və soyğunlarının üstü açılmamış, müəmma olaraq qalmışdı. Onlar soyğunlarını həyata keçirərkən yalnız varlıları hədəf seçmiş, bu yolda qarşılarına çıxan milisləri qətlə yetirməkdən də çəkinməmişdilər. Əldə edilən qənimətin əsas hissəsini isə inanılmaz sahəyə yönəltmişdilər. Sonradan məhz elə bu, onların ölüm cəzasından xilas olmasına səbəb olmuşdu. Cinayətkar qrup ələ keçəndə qrupa rəhbərlik edən “Pəncəli Aslan” ləqəbli bakılının Laləzar Mustafayeva adlı qadın olması da hər kəsi şoka salmışdı.
Cinayətkar qrup barəsində yazıçı Cəmşid Əmirov “Qara volqa” detektiv əsərini yazıb. Məşhur “Avtomobilləri qoruyun” filmində isə bu qrupun əməllərindən bəhrələnmə açıq-aydın görünür.
Bütün ölkənin hüquq mühafizə orqanlarını ayağa qaldıran cinayətkar qrup haqda “Speys” TV-nin hazırladığı süjeti təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=a5sE7B40Ooo]