Rusiya “peyvənd turizmi”ndən pul qazanacaq: - “Dünya biabırçı vəziyyətə gəlir-sağlamlıq, peyvənd, turizm...”
2-04-2021, 16:27
Dünyada koronavirusdan qorunmaq istəyənlər peyvənd təlaşına düşüb.
Bir çox ölkədə peyvənd ediləcək şəxslər üçün növbə yaradılıb. Üstəlik, peyvəndlərin ədalətsiz bölgüsü kimi problem də var. Əksər ölkələrdə proses hələ başlamayıb. Bu isə dünyada koronavrisa qarşı bəzi ölkələrin vətəndaşlarını çətinlik qarşısında qoyub.
Rusiya isə növbə gözləmək istəməyənlər üçün "peyvənd turizmi" təklif edir. Moskvada qalma, təyyarə və peyvənd daxil qiymət 1099 avrodur. Peyvənd olunanlara sənəd də verilir. Turistlərə “Sputnik V” peyvəndi vurulur.
Məlumdur ki, koronovirus dünyanın ümumi bəlasına çevirilib. Bu cür qlobal problemlərin həlli məqsədilə isə 1946-cı ildən etibarən Ümümdünya Səhiyyə Təşkilatı fəaliyyət göstərir. İllərdir ki, dünya ölkələri həmin təşkilata külli miqdarda vəsait köçürür. Amma problem çıxan zaman məlum olur ki, dünyanın varlı ölkələrinə ilk sırada yer veriləcək, kasıb ölkələrin əhalisinin taleyinə isə biganəlik nümayiş etdiriləcək.
Hazırda koronavirus peyvəndinin tədarükü ilə bağlı da müxtəlif platformalar yaradılıb ki, onların fəaliyyəti də ciddi narazılıq doğurur.
Düyanın qlobal təhlükə ilə üz-üzə qaldığı bir zamanda hegemon dövətlər dərman biznesi, hətta “peyvənd turizmi” ilə məşğul olmağa başlayır. Peyvəndlərin keyfiyyəti isə məsələnin başqa bir tərəfi olaraq dünya əhalisini narahat edir.
ATU Formokologiya fakültəsinin dosenti Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, insan sağlamlığının ucuz gəlir, siyasət mənbəyi olması təəssüf doğurur:
“Tutaq ki, “Sputnik V” peyvəndi təmizdir, 1099 avro axı bütün dünyanın insanlarında yoxdur. Ən azı Rusiyaya qonşu olan ölkələrin əhalisinin hamısında bu imkan yoxdur. Rusiya burada kasıb ölkələri, hətta özünün kasıb vəziyyətə saldığı ölkələri nəzərə almır. Dünyada artıq ikiüzlü yox, minüzlü siyasət olduğu üzə çıxır. SSRİ dövründə, hələ 1930-cu illərdə dünyanın I nömrəli “faşisti” olan Stalinin əmri ilə bioloji silah yaradılması üçün laboratoriya yaradılması haqqında faktlar bu yaxınlarda mətbuat orqanlarında yer aldı. Belə olan halda dünyaya ağalıq edən digər ölkələrdə görün nələr yaradıblar. Keyfiyyətsiz qidalar, dərmanlar bu işlərin nümunəsidir”.
Aydın Əliyev bildirib ki, Rusiya da ilk növbədə öz əhalisini təmin etmək haqqında düşünülməlidir:
“Yaxşı olar ki, qonşu ölkədə həmin peyvənd təmiz olsun və ondan Azərbaycana da göndərsin. Amma artıq dünya biabırçı vəziyyətə gəlib çatır, sağlamlıq, peyvənd, turizm...”