MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ

Bu gün, 12:56           
 MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt yaşayış kompleksinin həyətində şarj stansiyası tikməsi sakinlərin narazılığına səbəb olub.

Bu barədə İqtisadiyyat.az-a həmin kompleksdə yaşayan bir qrup sakin məlumat verib.

Onların sözlərinə görə, binanın həyətində uşaqlar üçün istifadəyə verilmiş əyləncə sahəsində bir neçə gündür tikinti-quraşdırma işlərinə başlanılıb. Belə ki, həmin ərazinin bir hissəsində yaşıllıq sahəsi sökülüb və orada hamarlama işləri aparılıb. Sakinlər deyir ki, həyətdə nəyin tikiləcəyi barədə onlara heç bir məlumat verilməyib.

Sonradan məlum olub ki, MİDA binanın həyətində uşaqlar üçün istifadəyə verilmiş əyləncə sahəsində elektrik mühərrikli avtomobillər üçün şarj stansiyası inşa edir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlər bu tikinti işlərinin qanunsuz həyata keçirildiyini, uşaqların asudə vaxtlarının keçirməsinə, əylənməsinə və istirahətinə maneə törədəcəyini iddia ediblər. Onlar şarj stansiyasının binanın məhz uşaqlar üçün nəzərdə tutulmuş əyləncə sahəsində deyil, digər ətraf ərazilərdə inşa edilməsinin məqsədəuyğun hesab etdiklərini vurğulayıblar.

Buna görə də yaşayış kompleksinin komendantlığı qarşısında tələb irəli sürəcəklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru