ABŞ-da qaçqın statusu almaq istəyənlərin nəzərinə

18-04-2021, 10:37           
ABŞ-da qaçqın statusu almaq istəyənlərin nəzərinə
ABŞ administrasiyası qaçqın qəbulu kvotasını artıracaq.
Pravda.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden açıqlayıb. Onun çıxışı Ağ Evin mətbuat xidməti tərəfindən də yayılıb.
“Biz sayı artırmağa hazırlaşırıq”, - Bayden belə deyib.
Cümə günü Bayden 2021-ci maliyyə ilində limiti 15 min nəfər səviyyəsində saxlayaraq artırmamağa qərar verib. Belə bir kvota oktyabrın əvvəlində ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən təsis edilib. Bu rəqəm 1980-ci ildən bəri ən aşağı göstəricidir. 2020-ci maliyyə ilində bu limit 18 min nəfər idi və sonradan 2019-cu maliyyə ilinin 18 minlik göstəricisi ilə müqayisədə iki dəfə azaldılmışdı.

Fevral ayında Bayden 2022-ci maliyyə ilində xaricdən qaçqın qəbulu üçün kvotasını 125 minə çatdırmaq niyyətində olduğunu bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.