Əhaliyə XƏBƏRDARLIQ - Sizə zəng edib bu məlumatları soruşsalar, cavab verməyin!

19-04-2021, 11:55           
Əhaliyə XƏBƏRDARLIQ -
“Dələduzlar artıq “vishing” hücumlarına başlayıblar. “Phishing” hücumun səsli versiyası olan “vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.

Müvafiq hallarla qarşılaşdığınızda hüquq-mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.

Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər”, - məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru