Ardıcıl səkkizinci həftədir dünyada koronavirusa yoluxma hallarının sayı artır

19-04-2021, 21:36           
Ardıcıl səkkizinci həftədir dünyada koronavirusa yoluxma hallarının sayı artır
Son bir həftə ərzində dünyada 5,2 milyondan çox insan koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, yoluxma sayı ardıcıl səkkizinci həftə artıb.

“Ölüm hallarının sayındakı artım isə ardıcıl beşinci həftədir müşahidə olunur. ÜST-yə 3 milyondan çox insanın ölümü barədə məlumat daxil olub”, - ÜST rəhbəri deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru