Azərbaycanda soyadı “ov” və “yev” sonluqları ilə bitən şəxslərin NƏZƏRİNƏ – VİDEO GÜNDƏM
8-07-2021, 10:19
Azərbaycan vətəndaşlarının bir çoxu hələ də “ov” və “yev” soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.
Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki “ASAN xidmət” mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki “ASAN xidmət” mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.
Soyad sonluğunu dəyişdirmək istəyənlər cəmi 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. O ki qaldı soyadların dəyişdirilməsinə, bu, bir qədər uzun prosesdir…
Vətəndaşlar arasında soyad sonluğunun və ya soyadın dəyişdirilməsi məsələsinə münasibət birmənalı deyil.
Qeyd edək ki, 1 saylı “ASAN xidmət” mərkəzində 2020-ci il üzrə 114 nəfər , 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib.