Türkün yaranış fəlsəfəsi

Bu gün, 15:54           
Türkün yaranış fəlsəfəsi
"İncildə yazılıb ki, "Allah Yeri, Göyü, suyu yaratdı. Meşələri, heyvanları, quşları yaratdı. Və onlara TİRRİK dedi". Tirrik bizdə indi də işlətdiyimiz "dirrik" sözüdür, mənası həyat, yaşam deməkdir. "Dirriyin nətəridi?", "özünə dərbə-dirrik elə" (Naxçıvanda, Zəngilanda bu söz lap çox işlədilir) sözlərini çox eşitmişik. Mixi yazılarda "TÜRÜK" kimi yazılan adımız Allahın haman TİRRİK sözündən irəli gəlir".
Tariyel Azerturk , ABŞ-da yaşayan azərbaycanlı alim, türkoloq.
Qeyd: Azərbaycan ərazisində mövcud olmuş Turukki dövləti eradan əvvəl III minilliyə aiddir.
Prof. Süleyman Əliyarlı yazır ki, türklərin Azərbaycan ərazisində yaşamış ən qədim sakinlər olmasını e.ə. I minilliyin mixi yazılarında olan turukki və turuxi etnik adları da təsdiq edir. Onun fikrincə, turukku adının türk dilindən başqa bir yozumunun olmaması onların türk­mənşəli xalq olduğunu sübut edir. Urmu nəzəriyyəsinin, yəni türklərin ilk vətəninin Cənubi Azərbaycan olması konsepsiyasının müəllifi prof. Firudin Ağasıoğlu hesab edir ki, “türk” adının ilk forması m.ö. 3-2-ci minilliklərdə Azərbaycanda meydana çıxmış, ilk böyük Türk İmperiyası Qut Eli də Azərbaycanda yaranmışdır.
Qeyd edək ki, dünyanın ən məşhur arxeologiya və tarix araşdırma mərkəzlərindən biri olan ANCİENT ORİGİNS'in paylaşdığı yeni bilgilərə görə Qobi çölündəki (Mərkəzi Asiya) 15.000 illik petroqliflərin qədim türklər tərəfəndən çəkildiyi ortaya çıxmışdır. Bu araşdırmaya görə türklərin yayılma coğrafiyası və tarixdə var olduqları zaman daha qədim dövrə gedib çıxır. Araşdırmaçı elm adamlarına görə türklər var olan ən qədim millətlərdən biri, bəlkə də ən qədimidir. Bu məlumat adıçəkilən mərkəzin rəsmi saytında yerləşdirilib.
Azərbaycanlıların səhifəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru