Bu supermarketdə erməni hərbi çantaları satılır? - FOTOFAKT

15-07-2021, 11:37           
Bu supermarketdə erməni hərbi çantaları satılır? - FOTOFAKT
Paytaxtın 20 Yanvar ərazisində yerləşən “Bravo” supermarketdə satılan hərbi çanta ermənistan ordusunun istifadə etdiyi rəngdədir və üzərində “Ararat” (ermənilər Ağrıdağına “Ararat” deyirlər – red.) sözü yazılıb.
Yeniavaz.com xəbər verir ki, belə bir iddianı Fariz Həsənli adlı sosial şəbəkə istifadəçisi səsləndirib.
Fariz Həsənli sosial şəbəkə hesabında paylaşdığı fotonu və yazdığı sözləri olduğu kimi təqdim edirik:
“Bravo 20 Yanvar. Erməni hərbi kamuflyajı. Ararat sport. Ağrı dağı loqosu. Bilərək ediblərsə deyəcək söz yoxdur. Bilməyərək ediblərsə ölkə reallığı, gündəmi və həssaslığından nə qədər uzaq olduqlarının sübutudur. Üçüncü, daha optimist variant axtarıram. Siz nə düşünürsüz?”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru