Mask korluğun müalicəsi üçün tarixi addım atacağını açıqladı

Bu gün, 17:08           
Mask korluğun müalicəsi üçün tarixi addım atacağını açıqladı
İlon Maskın neyroçiplərin implantasiyası ilə məşğul olan "Neuralink" şirkəti görmə qabiliyyətini tamamilə itirmiş xəstənin 2026-cı ildə sağaldılması üzrə əməliyyat keçirməyi planlaşdırır.

Mask bu barədə "X" sosial şəbəkəsində şirkətin Kanadada ilk əməliyyatlarını həyata keçirməsi ilə bağlı yayılan məlumatları şərh edərkən açıqlama verib.

Açıqlamada qeyd olunub ki, həmin şəxsin görmə qabiliyyətinin qismən bərpası nəzərdə tutulub.

Xatırladaq ki, iyul ayında "Bloomberg" agentliyi "Neuralink" şirkətinin 2031-ci ilə qədər hər il 20 min xəstəyə neyroçip implantasiyası həyata keçirməyi planlaşdırdığını yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru