Müğənnilər peyvənd əleyhinə təbliğat aparır - ATU dosentindən ŞOK İDDİA

2-08-2021, 15:59           
Müğənnilər peyvənd əleyhinə təbliğat aparır -
Bütün dünyada, eləcə də Azərbaycanda COVİD- 19 əleyhinə mübarizə çərçivəsində şaiylələr də səngimədi.

Bunlardan bir neçəsi ilə bağlı zamanla fərqli fikirlər, iddialar irəli sürüldü. İnsanların çipləşdirilərək idarə ediləcəyi mövzusu da bu şaiyələrin başlanğıcı oldu.

Böyük qüvvələrin idarə etdiyi deyilən vaksinasiya prosesi dünyada artıq uzun müddətdir ki gündəlik və əsas xəbərlər sırasındadır. Sosial mediada isə belə mülahizələrdən biri də məhz vurulan vaksinlərin insan orqanizminə həddindən artıq ziyanlı olacağı ilə bağlıdır.

Mövzuyla münasibəti Cebhe.info-ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm bildirib. Dosent vaksinasiya gedən ölkələrin bizim ölkədən 3 ay əvvəl bu prosesə başladığını deyib:

"Vaksinasiya prosesini ilk başlayan ölkələr sırasına İsrail, ABŞ, Kanada və Almaniya daxildir. Həmin ölkələrdə ümumi vaksinasiyanın 8- ci ayı iyun ayında tamam olub. Bizim ölkədə isə yanvarın 18-də vaksinasiyaya başlanılıb. Adını çəkdiyim ölkələrin vətəndaşları bizdən 3 ay fərqlə başladığı üçün ölüm halları məntiqlə ilk onlarda olmalıdır. Bəs həmin ölkələrdə insanlar niyə bu müddətdə ölmürlər?"

Ədalət Rüstəm hesab edir ki, bu cür şaiyələri yayanlar əsasən müğənnilərdir. Müğənnilər insanların peyvəndən çəkindiyini görərək toylara “peyvənd pasportu”nun tətbiqinin əleyhinə olurlar. Buna görə də peyvəndə qarşı əks-təbliat aparırlar ki, qadağa aradan götürülsün.

"Düşünürəm ki, bu təbliğatın başında dayananlar əsasən müğənnilərdir. Çünki müğənnilərin biznesi məhv olur. Elə şaiyələri yaymaqda məqsəd budur ki, toylar ləğv olunmasın. Virus əleyhinə belə kampaniya, anti- təbliğat işi aparanlar sırasına həmçinin gəlirləri əldən çıxanları, məsələn, restoran sahibləri və digərlərini əlavə etmək olar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.