"Brent" markalı neftin barreli 80 dolları keçə bilər 3-09-2021, 07:34 2021-ci ilin dördüncü rübündə "Brent" markalı xam neftin qiyməti bir barel üçün 80 ABŞ dollarını keçə bilər."Report" xəbər verir ki, bunu "Goldman Sachs"ın baş analitiki Ceff Karri CNBC-yə müsahibəsində deyib.Onun sözlərinə görə, "qara qızıl"ın bahalaşmasının səbəbi məhdud təklif və sabit tələb ola bilər."Neftə olan tələbat pandemiyadan əvvəlki səviyyəyə çatır. Hazırda əsas məsələ tədarükün fasiləsiz olmasını təmin etməkdir", - Karri əlavə edib.Qeyd edək ki, ötən gün Bakı vaxtı ilə saat 23:00-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 72,85 dollar/barelə bərabər olub. Facebook-da paylaş