İtkin düşən şəxsin parçalanmış cəsədi soyuducudan tapıldı

17-05-2025, 10:24           
İtkin düşən şəxsin parçalanmış cəsədi soyuducudan tapıldı
Türkiyənin Kırıkkale şəhərində kirayə verilən evdən cəsəd tapılıb.

"Haber Global" xəbər verir ki, mənzilin sahibi kirayə haqqını ödəmədiyi üçün orada yaşayan Meliha adlı xanıma zəng edib. Telefona Melihanın qızı cavab verib və anasının mayın 3-də dünyasını dəyişdiyini bildirib.

Bundan sonra mənzilin sahibi çilingərin köməyi ilə evin qapısını açıb və oradakı soyuducuda parçalanmış meyit tapıb.

Müayinə zamanı bunun kişi meyiti olduğu dəqiqləşdirilib. Evə baxış zamanı 1 ədəd bıçaq aşkar edilib.

Meyitin 2014-cü ildə Ankaradan Kırıkkaleyə getdikdən sonra yoxa çıxan 40 yaşlı Hüseyn Okumuşoğluna aid olduğu müəyyən edilib. Hadisə ilə bağlı 4 şübhəli saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru