Dünyanın ən məşhur əsərlərindən birinin saxta olduğu ortaya çıxıb - FOTO

30-09-2021, 07:45           
Dünyanın ən məşhur əsərlərindən birinin saxta olduğu ortaya çıxıb - FOTO
Süni intellekt dünyanın ən məşhur əsərlərindən birini 91,78 faiz ehtimalla saxta hesab edib. Söhbət Piter Paul Rubens tərəfindən çəkilən “Samson və Dalila” əsərindən gedir. Onun orijinalının Londonun Milli Qalereyasında olduğu düşünülür.

İsveçrənin “Art Recognition” layihəsinin iştirakçıları əsəri neyroşəbəkənin köməyi ilə təhlil ediblər. Rəsmi Rubensin 148 digər əsəri ilə bir neçə dəfə müqayisə edən süni intellekt hər dəfə bunun başqa bir rəssam tərəfindən çəkildiyi qənaətinə gəlib.

Sənət əsəri 1980-ci ildə London Milli Qalereyası tərəfindən “Christies” auksionundan 2,5 milyon funt sterlinqə (5.8 milyon manat) - o dövr üçün rekord qiymətə alınıb. Bu gün bu, 6,6 milyon funt sterlinqə (15.3 milyon manat) ekvivalentdir.

Eyni zamanda neyroşəbəkə Milli Qalereyadan başqa bir rəsm əsəri – “Het-Stinin səhər tezdən mənzərəsi” (“A View of Het Steen in the Early Morning”) - 98.76 faizi Rubensin əsəri olduğunu təsdiq edib.

Mənbə: “The Guardian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru