Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısının necə alındığını açıqlayıb

1-10-2021, 13:09           
Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısının necə alındığını açıqlayıb
“Bütün döyüşlərə rəhbərliyi Ali Baş Komandan İlham Əliyev edirdi. Düşmən oktyabrın 7-8-də Horadiz istiqamətində əks-hücuma keçmişdi. Amma bizim hərbçilərimizin şücaəti sahəsində onlar ağır itkilər verdi və geri çəkildilər”.

“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ordusuna göstərdiyi diqqət unudulmazıdır: “Döyüşdə general, əsgər, zabit söhbəti yox idi. Hamı döyüşçü idi. Amma erməni ordusunda zabitlər əsgərlərini atıb qaçırdılar. Ermənistan ordusunda minlərlə fərari var idi. İndi onlara qarşı cinayət işləri açılıb. Amma Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər bir vətəndaş ordu sıralarına qoşulmaq istəyirdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru