Vaksindən virusa yoluxmaq mümkündürmü? - Baş infeksionistdən AÇIQLAMA

2-10-2021, 09:26           
Vaksindən virusa yoluxmaq mümkündürmü? - Baş infeksionistdən AÇIQLAMA
Vaksindən koronavirusa yoluxmaq barədə səsləndirilən fikirlər doğru deyil çünki vaksindən virusa yoluxma mümkün deyil.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, əgər insan vaksin vurduran ərəfədə və yaxud sonra virusa yoluxursa bunu vaksinə əlaqələndirmək doğru deyil:

“Vaksinlərin tərkibində canlı virus olmadığına görə onların istifadəsindən yoluxmaq mümkün deyil. İstər vaksin vurulan ərəfədə, istərsə də vaksin vurdurduqdan sonra insan virusa yoluxa bilər və bu gizli dövrdən sonra (2-14 gün arası) meydana çıxa bilər. Bu yoluxmanın səbəbi vaksin deyil, viruslu insanla təmasda olmaqdır”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru