Koronanı 5 günə zərərsizləşdirən dərmanın qiyməti açıqlandı

3-10-2021, 07:15           
Koronanı 5 günə zərərsizləşdirən dərmanın qiyməti açıqlandı
ABŞ əczaçılıq şirkəti yeni növ koronavirusa qarşı hazırlanan “molnupiravirin” adlı dərmanın virusa yeni yoluxan insanların ölüm riskini yarıya endirdiyini açıqlayıb. Dərmanın istifadəsi üçün müvafiq qurumlar tərəfindən təsdiq edilməsi lazımdır.

Teref.az Musavat.com-a istinadən xəbər verir ki, şirkət dərmanın qiyməti ilə bağlı da ilk məlumatları yayıb.

Təsdiq edildiyi təqdirdə koronavirusun müalicəsi sübuta yetirilən ilk həb olması gözlənilən molnupiravirin, epidemiya ilə mübarizədə əhəmiyyətli bir addım olacaq. Belə ki, xəstələrin gündə iki dəfə molnupiravirin həbini beş gün ərzində qəbul etmələri kifayət edəcək. ABŞ şirkəti olan “Merck” tərəfindən istehsal olunan dərman koronavirus genlərinin içinə daxil olaraq qoyduğu “xəta kodları” ilə virusun çoxalmasının qarşısını alır.

Artıq ABŞ 1,7 milyon insanın müalicəsi üçün bu dərmanlardan sifariş edib.

Röytersin xəbərinə görə, ABŞ hökumətinin dərman üçün təyin etdiyi qiymət 700 dollar, cari məzənnə ilə təxminən 1190 manat olacaq. ABŞ-dan başqa ölkələrdə qiymət tətbiqinin necə olacağı isə hələlik bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru