AST Telman Monteneqroda 3 il sərbəst necə yaşayıb?

4-10-2021, 12:10           
AST Telman Monteneqroda 3 il sərbəst necə yaşayıb?
Telman İsmayılovun Monteneqrodakı həyatı haqda məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, “Kommersant” qəzeti İsmayılovun üç il ərzində Monteneqroda sərbəst şəkildə yaşadığını bildirib. Biznesmen paytaxt Podqoritsada kirayə evdə qalıb. Bu ev isə Monteneqro Daxili İşlər Nazirliyi binasına bir neçə dəqiqəlik məsafədə yerləşib.

İsmayılov Monteneqroda mühafizəçidən istifadə etməyib. Onun Podqoritsada belə sərbəst həyatına ölkə rəhbərliyindəki tanışlıqlarının şərait yaratdığı vurğulanıb. Xüsusilə İsmayılovun Prezident Milo Cukanoviçlə sıx əlaqəsinin olduğu qeyd edilib.

Xatırladaq ki, İsmayılov Rusiyanın sorğusu əsasında Monteneqroda polis tərəfindən saxlanılıb. İddiaya görə, o, Montenoqrodan siyasi sığınacaq istəyərkən həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru