“7or.am”: Paşinyan erməni əsgərin həyatını qiymətləndirməyib və erməni əsgərin ölümünə hörmət etməyib
4-10-2021, 12:01
“Nikol Paşinyanın gətirdiyi və onun uduzduğu müharibədə çox böyük qurbanlar və ən ciddi strateji itkilər verdik”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.
Qeyd olunub ki, erməni tərəfinin müharibədəki canlı itkilərinin sayının dəqiqliyi hələ də yoxdur.
“İtkin düşənlər barədə də aydınlıq yoxdur. Nikol qurbanlarımızı üzsüz qoydu. Polietilen torbalarda. Yəni Nikol Paşinyanın və Qarabağın (qondarma qurum – red.) “Nikol”u olan Arayik Harutyunyanın “müdafiə etdiyi” hava minlərlə insan üçün ölüm mənbəyinə çevrilib. Nikolun ağılsızlığı nəticəsində müharibə, qorxaqlığı və hakimiyyət hərisliyi nəticəsində isə minlərlə qurbanlar və ərazi itkiləri aldıq. 2020-ci il oktyabrın 7-də və oktyabrın 19-da o, müharibəni dayandıra bilərdi, lakin bizimkiləri ölümə aparmağa, öz “Qalib gəlirik” ifadəsini davam etdirməyə üstünlük verib”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, Nikol Paşinyan erməni əsgərin həyatını qiymətləndirməyib və erməni əsgərin ölümünə hörmət etməyib.
“Ölmüş erməni hərbi qulluqçulara yalnız müxalifət sahib çıxırdı və dəyərləndirirdi. Nikol qurbanları statistikaya, yəni saxtalaşdırılan statistikaya çevirmək istəyir. O, qurbanları adsız qoymaq istəyir”, - deyə nəşr yazıb.