Bu il övladlığa verilənlər, valideynlik hüququndan məhrum EDİLƏNLƏR...

4-10-2021, 16:49           
Bu il övladlığa verilənlər, valideynlik hüququndan məhrum EDİLƏNLƏR...
“2021-ci ildə Agentlik tərəfindən 86 uşaq övladlığa verilib. Eləcə də 1 noyabr 2019-cu il tarixinə qədər övladlığa verilmiş uşaqlardan 6-nın övladlığa götürülməsi ləğv edilib”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.

O qeyd edib ki, bu il 2 uşağın valideynləri valideynlik hüququndan məhrum edilib:

“Prezidentin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Ötən ildən bu sahədə fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb.

Bu fəaliyyət elektronlaşdırılıb və hazırda fəaliyyət göstərən adoption.mlspp.gov.az altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı maksimuma çatdırılıb”.

Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilən uşaqların mütəmadi olaraq monitorinqi də həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru