ÜST pandemiyanın yeni episentrini açıqladı

18-11-2021, 08:58           
ÜST pandemiyanın yeni episentrini açıqladı
Vəziyyəti sabitləşdirdikdən sonra Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib.

Bu barədə ÜST-ün regional ofisinin mətbuat xidməti məlumat yayıb.

Bu bir sıra səbəblərlə - yüksək yoluxucu “Delta” ştammı, aşılanmamış və ya immuniteti zəif olan insanlar, soyuq hava səbəbindən qapalı məkanlarda keçirilən tədbirlər və s. izah edilib.

Məlumata görə, peyvəndlərin yüksək göstəricilərinə baxmayaraq, Avropada həm xəstələrin sayı, həm də xəstəxanaya yerləşdirmə və ölüm nisbəti artır. Nəticədə, ölkələrdə yenidən bir sıra məhdudlaşdırıcı tədbirlərə əl atılır. Məsələn, noyabrın 15-dən Avstriyada peyvənd olunmamış bütün vətəndaşlar üçün karantin rejimi tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru