ERMƏNİ SAYTLARI AZƏRBAYCAN HƏRBÇİLƏRİ HAQDA FEYK XƏBƏR YAYDI, PROKURORLUQ ARAŞDIRMAYA BAŞLADI - Hərbçilərimizin guya ermənilər tərəfindən əsir götürüldüyü iddia olunur…
19-11-2021, 07:04
Erməni mediasında 16 noyabr çatışmasında hərbçilərinin əsir götürdüyü, lakin sonradan geri qaytarılması barədə göstəriş aldıqları azərbaycanlı əsirlərlə bağlı feyk xəbərlər ortaya atılıb.
Qafqaz.media xəbər verir ki, Ermənistan Baş Prokurorluğu bir sıra erməni KİV-lərində Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalar zamanı erməni hərbçilərinin azərbaycanlı əsgərləri əsir götürməsi, lakin sonradan “kimlərinsə göstərişi ilə geri qayıtması” barədə xəbərlərə diqqət çəkib. Baş prokurorun müşaviri Qor Abramyanın “Facebook” səhifəsində yazdığına görə, nəzarət orqanı bu saytları araşdırmağa başlamaq üçün müvafiq istintaq orqanına göndərib.
Bundan əvvəl Tavuş rayonunun Koqb kənd sakini Arsen Ağababyan "Pastinfo"ya müsahibəsində bildirib ki, təsdiq olunmamış məlumata görə, ötən gün dünyasını dəyişən leytenant Taron Saakyan azərbaycanlı əsirləri qayıdarkən müşayiət edib, lakin sonra o, özü əsir düşərək öldürülüb. Kənd sakininin sözlərinə görə, erməni tərəfi 6 Azərbaycan əsgərini əsir götürüb, lakin sonradan onların geri qaytarılması barədə əmr alıblar. Daha sonra Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.