“Pfizer” “Omicron”a qarşı dərman istehsal etdi

15-12-2021, 08:04           
“Pfizer” “Omicron”a qarşı dərman istehsal etdi
“Pfizer” şirkəti koronavirusun “Omicron” variantına qarşı dərman istehsal edib.

Bu barədə şirkətin saytında yazılı açıqlama dərc olunub.

Məlumata görə, 2246 yüksək riskli xəstə üzərində aparılmış araşdırmalar nəticəsində hazırlanan dərman “Paxlovid” adlanır.

Onun koronavirusdan ölüm və ya ağırlaşma riskinə qarşı 89 faiz profilaktik təsirə malik olduğu bildirilir.

Qeyd edək ki, artıq “Paxlovid”in təcili istifadəsi üçün ABŞ Qida və Dərman Vasitələri Agentliyinə (FDA) müraciət edilib.

Müvafiq icazənin veriləcəyi təqdirdə dərman vasitəsi ABŞ apteklərində satışa çıxarılacaq.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru