“Omikron”un daha iki simptomu ortaya çıxdı

28-12-2021, 10:08           
“Omikron”un daha iki simptomu ortaya çıxdı
Koronavirusun “Omikron” variantından COVID-19-un qızdırma, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi kimi klassik simptomlar gözlənilərkən, eyni zamanda ənənəvi qrip simptomlarına da rast gəlmək mümkündür.

Britanitanın ZOE COVID izləmə tətbiqinə əsasən, burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısı kimi çox yayılan beş simptomu klassik qripdən fərqləndirmək olmur.

Bununla yanaşı, London Kral Kollecinin Genetik Epidemiologiya professoru və ZOE-nin həmtəsisçisi Tim Spektor bildirib ki, “Omikron”a yoluxmuş bəzi insanlarda ürəkbulanma və qusma müşahidə edilir.

Spektor əlavə edib ki, bu simptomlar tam peyvənd edilən, həmçinin gücləndirici dozanı vurduran insanlarda da olub.

ZOE-də əvvəlki tədqiqatlara əsasən məlum olub ki, “Omikron” infeksiyasının bir simptomu da iştahsızlıqdır.

Mənbə: Daily Express












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru