Azərbaycanda ən isti və ən soyuq qış: Nə vaxt olub?

29-12-2021, 07:49           
Azərbaycanda ən isti və ən soyuq qış:
Bu həftə Kanadanın qərbi və mərkəzi hissəsində şiddətli şaxtalar olacağı barədə xəbərdarlıq edilib.

Bu barədə ölkənin Milli Meteoroloji Bürosunun məlumatında yer alıb.

Kanadanın Alberta, Britaniya Kolumbiyası, Manitoba, Ontario və Saskaçevan əyalətinin şimalında mənfi 35-dən mənfi 55 dərəcəyə kimi şaxta olacağı bildirilib.

Məsələn, dekabrın 26-da gənclər arasında buzüstü hokkey çempionatının başladığı Red-Der və Edmonton şəhərlərində termometrlər 45 dərəcə şaxtanı göstərə bilər.

Həddindən artıq soyuq havalar hipotermiyaya və donmaya səbəb ola bilər. Bundan əlavə, meteoroloqlar kanadalıları ev heyvanlarını unutmamağa və onları çöldə qoymamağa çağırıblar.

Maraqlıdır, Azərbaycanda ən soyuq və ən isti qış nə zaman qeydə alınıb?

Cebhe.info bununla bağlı araşdırma edib.

* Çoxillik meteoroloji müşahidələrə görə, Azərbaycanda ən isti yanvar ayı 1966-cı ildə olub.

Həmin il yanvar ayının orta aylıq temperaturu müsbət 7,5 dərəcə təşkil edib. Bu da çoxillik qiymətlərdən 3,1 dərəcə yüksək olub.

Bakıda yanvar ayında ən yüksək temperatur isə 1979-cu ildə yanvarın 4-də qeydə alınıb. Həmin gün Bakıda havanın temperaturu müsbət 22,3 dərəcə olub.

* 1972-ci ildə də yanvar ayında Bakıda ən soyuq hava qeydə alınıb. Orta aylıq temperatur normadan 4,8 dərəcə aşağı olub. Həmin il yanvarın 23-də minimal temperatur mənfi 9,1 dərəcə olub.

* Son illərə nəzər yetirsək, ölkəmizdə ən soyuq hava şəraiti isə 2012-ci ilin fevralında olub. Sözügedən ildə Bakıda rekord göstərici fevralın 8-də -11 dərəcə olmaqla qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.