Qarda donan qadının möcüzəli dirçəliş tarixçəsi - Soyuq ürək

31-12-2021, 07:23           
Qarda donan qadının möcüzəli dirçəliş tarixçəsi -
O, öz rəfiqəsinin evinin həyətində geniş açılmış gözlərilə tamamilə donmuş vəziyyətdə tapılıb. Sərtləşmiş bədəni xəstəxanaya çatdıranda həkimlər nikbin deyildi, lakin qız əriyib və izahedilməz halda özünə gəlib. O zamandan bu möcüzəli dirçəliş tarixçəsi barəsində yüz dəfələrlə yazılıb, onun qəhrəmanı isə bugünədək sağdır.

1980-ci il dekabrın 20-də gecə gənc Cin Hilliard ABŞ-ın Minnessota ştatının Lenqbidəki evinə gedərkən, maşını qəflətən donmuş yolda sürüşməyə başlayıb. Qız idarəetməni itirib və avtomobil xəndəyə düşüb. Qız möcüzə nəticəsində ciddi xəsarət almayıb, lakin həmin gecə onun bəlaları yenicə başlayıb.

Maşından çıxaraq Cin anlayıb ki, qəza rəfiqəsi Uolli Nelsonun evinin bir neçə kilometrliyində baş verib.

Ona elə gəlib ki, məntiqlə yerində qalmamalıdır, ona görə də yardım üçün piyada getməyə qərar verib. Gecə son dərəcə şaxtalı olub. Buz külək və çovğun onun yolunu çətinləşdirib.
"Hər dəfə mən növbəti təpəyə qalxanda inanırdım ki, indicə rəfiqəmin evini görəcəyəm, lakin nəticədə orada heç nə yox idi. Düzünü desəm, mən qorxudan çox məyusluq keçirirdim",- sonradan Hilliard yerli xəbərlər şəbəkəsi MPR-ə müsahibəsində danışıb.

Hansısa bir məqamda qız Uollinin evini görüb və qətiyyətlə ona doğru istiqamətlənib. Lakin ülvi məqsədə cəmi bir neçə metr qalmış qüvvələri tükənib və qız huşunu itirib.

"Mən inanırdım ki, qız ölüb"

Ertəsi səhəri Uolli pəncərəyə baxaraq rəfiqəsi Cini çəmənlikdə qalın qar örtüyünə bürünmüş və uzandığı vəziyyətdə görüb.

"Mən onu öz həyətimizdə görəndə inanılmaz dərəcədə təəccüblənmişdim. Yaxasından tutub eyvanadək daşıdım. O məqamda mən inanırdım ki, ö, ölüdür. Qız tamamilə donmuş və taxta kimi bərkimişdi. Lakin sonradan mən onun burnunda qovuqcuqların dolmasına diqqət yetirdim",- Nelson yerli xəbərlər üçün müsahibəsində xatırlayıb.

Hilliardın bədəni o qədər sərtləşib ki, rəfiqəsi onu çətinliklə öz maşınına yerləşdirib, sonra "Fosston" şəhər xəstəxanasına çatdırıb. Sonucda o, qızı arxa oturacaqda diaqonal üzrə yerləşdirməyə nail olub.

Həkimlər dərhal Uollini xəbərdar edib ki, vəziyyət yaxşı heç nə vəd etmir. Texniki təfərrüatları bir kənara qoysaq, Cinin bədəninin toxumaları o qədər bərkiyib ki, hətta iynə vurmaq mümkün olmayıb. Şprisin iynəsi buza dönən bədənə batmayıb. Zərərçəkənin bədən hərarəti o qədər aşağı olub ki, termometrlərlə onu ölçmək mümkün olmayıb

Həkimlər, nəhayət, onun nəbzini tapıb ölçəndə dəqiqədə 12 dəfə vurub. Onun donmuş bəbəkləri işığa reaksiya verməyib, dərisi isə qorxulu boz rəngdə olub.

"Bədəni tamamilə buzlaşıb və bərkiyib, soyuducu kameradan yenicə götürülən bir tikə dondurulmuş ətə bənzəyirdi",- hadisədən bir qədər sonra hadisə barəsində New York Times qəzetinin reportyoruna həmin gün növbədə olan doktor Corc Satter danışıb.

"Mən inanırdım ki, o, ölüb,-doktor deyib, - lakin sonra biz zəif nəfəsalma eşitdik və anladıq ki, onun daxilində hələ həyat var, onu xilas etməyə cəhd etmək mümkündür". Cinin bədənini elektrik ədyala büküb gözlədik.

Donu açılanadək qızın göstəriciləri yaxşılaşmağa başladı. Axşama yaxın qız özünə gəldi, ətraflarını hərəkət etməyə və danışmağa başladı.

Cin su istədi və atasının maşınını dağıtdığına görə narahatlığını ifadə etdi.

Xəstəxana işçiləri əslində gerçəkdə baş verənlərə inana bilmirdilər.

Həkimlər güman edirdilər ki, soyuqdan zədələnən ayağı amputasiya etmək lazım gələcək. Uolli rəfiqəsini xəstəxanaya gətirəndə onun buzlaşmış ayaqları çəkmə formasını almışdı. Lakin sonradan buna da ehtiyac olmadı. 49 gündən sonra Cini tam ayaqları və ayaq barmaqları yanma və donmadan sağalmış vəziyyətdə evə yazdılar.

Bu, möcüzə deyil, bəs nədir?

Razılaşmamaq olmur ki, bu tarixçə həqiqətdən çox gözəl əfsanəyə bənzəyir. Lakin Cin Hilliard bugünədək sağdır və dəfələrlə həmin müdhiş gecə onun başına belə bir gerçək hadisənin gəlməsini təsqiq edib.

"Bizdə belə məsəl var, donmuş adamı istiləşənədək ölü hesab etmək olmaz",- Boston təcili tibbi yardım xidmətindən Ricard Ayzek deyib. O, danışıb ki, öz təcrübəsində bir neçə hallar olub ki, insanlar güclü donublar, amma sonradan tam bərpa olublar. Onun həmkarı, Minnessota Universitetindən təcili yardım üzrə doktor Devid Plammer onunla razılaşıb: "Bizim elə pasientlərimiz olub ki, onları ağac parçası kimi döyəcləmək olurdu. Onlar o qədər donmuş olurdu ki, bədənləri daş kimi bərkiyirdi. Lakin bu, onları xilas etmək üçün cəhd etməyə mane olmurdu və uğur faizi burada kifayət qədər yüksəkdir".

Doktor Elvin Merendino hesab edir ki, Cin ona görə sağ qalıb ki, onun hüceyrələri tam donmayıb. Zərərçəkənin bədəninin bərk olması çox güman ki, güclü soyuğa cavab olaraq əzələlərinin kəskin yığılaması ilə bağlı olub, onun beyni isə yaşamaq rejiminə keçərək, onun qanını ətraflarının hesabına isidib (adətən bu, donmalarda baş verir). Qan dövranının fövqəladə yavaşıması və orqanizmin aktivliyi oksigenlə zəif təchizat və tənəffüsün fövqəladə aşağı tezliyi şəraitində qıza sağ qalmağa imkan verib.

Həmin soyuq gecədən 40 ildən çox zaman keçir. Cin Hilliard bu gün də özünü çox yaxşı hiss edir və etiraf edir ki, o vaxtdan çalışır ki, gecələr donmuş yollarla hərəkət etməsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.