Xərçəng riskini artıran qidalar məlum oldu

31-12-2021, 10:35           
Xərçəng riskini artıran qidalar məlum oldu
Xərçənglə qida arasında birbaşa əlaqə olmasa da, araşdırmalar göstərir ki, emal edilmiş qırmızı ət xərçəng riskini artırır. Söhbət vetçina, bekon, salyami və kolbasalardan gedir.
Təxminən yarım milyon insanın iştirak etdiyi bir araşdırma sübut edib ki, həftədə azı dörd dəfə emal olunmuş ət yeyən insanların bağırsaq xərçənginə tutulma riski onu həftədə iki dəfə yeyənlərə nisbətən 20% daha yüksəkdir.

Qeyd edək ki, bir müddət əvvəl diyetoloq Nuriya Dianova isti yeməklərin qəbulunu da xərçəng xəstəliyinə tutulma riski ilə əlaqələndirib. Onun sözlərinə görə, həddindən artıq isti yemək və isti içki istehlak etmək qida borusunda termal yanıqlara səbəb ola bilər ki, bu da xərçəng riskini artırır.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru