Spirtli içki qəbulu ilə COVID-19-a yoluxma arasında əlaqə... - Araşdırma

31-12-2021, 10:35           
Spirtli içki qəbulu ilə COVID-19-a yoluxma arasında əlaqə... - Araşdırma
COVID-19-a yoluxmayan insanların xəstəliyə tutulanlara nisbətən daha çox spirt içməyə meyllidirlər.

Bu qənaətə Pittsburq Universitetinin (ABŞ) bir qrup alimi apardıqları tədqiqatın nəticəsində gəliblər.

Alimlər yaşlı vətəndaşlar arasında COVID-19-a yoluxma hallarına təsir edə biləcək amilləri nəzərdən keçiriblər. Söhbət keçilimiş və hazırda mövcud olan psixi problemlərdən, eləcə də somatik xəstəliklərin olmasından və spirt istehlakından gedir. Tədqiqatda 55-103 yaş arası cəmi 90 könüllü iştirak edib.

Koronavirusun təsirinə məruz qalan, lakin ona yoluxmayan tədqiqat iştirakçıları gündə orta hesabla bir qədəh tünd içki içməyə meylli olublar, yoluxanlar isə, demək olar ki, içki içməyənlərdir.

Eyni zamanda, alimlər əlavə ediblər ki, keçmişdə alkoqoldan istifadə ilə bağlı pozuntunun olması COVID-19-a yoluxma riskini artırmır./Trend/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru