Diabet riskini azaldan məhsul açıqlandı

1-01-2022, 10:32           
Diabet riskini azaldan məhsul açıqlandı
Brüssel kələmi qanında şəkərin səviyyəsi yüksək olanlar üçün çox faydalıdır.

Bunu britaniyalı həkim Sara Brever bildirib.

O, bu məhsulun mütləq pəhrizə daxil edilməli olduğunu söyləyib. Belə ki, Brüssel kələminin tərkibində bir çox faydalı elementlər, o cümlədən C və E vitaminləri, kalsium, lif və antioksidantlar var.

"Kələm öz-özünə qanda qlükoza səviyyəsini aşağı salmır. Lakin yeməkdən sonrakı yüksəlməni ləngitməyə kömək edir”, - deyə Brever izah edib.

Həkimin sözlərinə görə, Brüssel kələminin tərkibində alfa-lipoik turşu var ki, bu maddə müxtəlif araşdırmalara görə, orqanizmin insulinə həssaslığını artıra bilər. Məhz bu element liflə birlikdə şəkərli diabetin inkişaf riskini azaldır.

Mənbə: “Sputnik Georgia”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru