İnfarkta səbəb ola biləcək vərdişlər açıqlandı

3-01-2022, 09:05           
İnfarkta səbəb ola biləcək vərdişlər açıqlandı
Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib.
Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər.

Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru