Həkimdən xəbərdarlıq: Uşaqlarda bu əlamətlər varsa...

4-01-2022, 00:04           
Həkimdən xəbərdarlıq:
Son həftələrdə kəskin respirator virus infeksiyaları (KRVİ) xüsusən uşaqlarda daha aqressiv gedişə malik olub, əksər hallarda sinusit, otit, qastro-entero-kolit və pnevmoniya xəstəlikləri ilə ağırlaşır.

Pravda.az xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.

Həkim qeyd edib ki, uşaqlarda aşağıdakı əlamətlər müşahidə olunarsa, müalicəyə başlamaq lazımdır: “COVID-19 testi mənfi olub, fəqət KRVİ-nin biruzə verilmiş əlamətləri-hərarətin 38 dərəcədən yuxarı qalxması, qulaq ağrısı, biruzə verilmiş intoksikasion sindrom-ciddi halsızlıq, iştahasızlıq, öskürək, ürəkbulanma, qusma, diareya və s. oxşar əlamətlər varsa, vaxt itirmədən müalicəyə başlamaq məsləhətdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru