Uşaqlarda COVID-19-un təhlükəli simptomu açıqlandı - FOTO

4-01-2022, 08:45           
Uşaqlarda COVID-19-un təhlükəli simptomu açıqlandı - FOTO
Uşaqlarda COVID-19-un təhlükəli simptomu – “kovid barmaqları” müşahidə oluna bilər.

Bu barədə Rusiyanın Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov xəbərdarlıq edib.

Mütəxəssis uşaqlarda “kovid barmaqları”nın təzahürünü də açıqlayıb. O qeyd edib ki, bu əlamət donmaya bənzəyir.

O, ümumiyyətlə koronavirusun müxtəlif yaşlarda olan uşaqlarda fərqli şəkildə özünü göstərdiyini deyib. Belə ki, azyaşlılarda respirator təzahürləri ilə yanaşı, mədə-bağırsaq traktının fəaliyyətində pozğunluqlar müşahidə olunur, xəstəliyi keçirdikdən sonra isə böyrəklər, qaraciyər, ürək-damar sistemi və tənəffüs sistemində problemlər yaranır.

Alim əlavə edib ki, ən çox yeddi yaşdan yuxarı uşaqlarda pnevmoniyaya rast gəlinir. Bu vəziyyətdə yeniyetmələrdə ağciyər zədələnməsi böyüklərdəki kimi ola bilər.

Qorelov koronavirusun ağır formasının adətən bir yaşa qədər uşaqlarda, yeniyetmələrdə və somatik müşayiət olunan xroniki patologiyası və ya anadangəlmə qüsurları olan uşaqlarda özünü göstərdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl dermatoloqlar koronavirusun yeni simptomu - barmaqların yalançı donması və ya “kovid barmaqları” barədə xəbərdarlıq etmişdilər. Bu vəziyyətdə xəstənin əl və ayaq barmaqlarının ucları qızarır, şişir, qabarcıqlarla örtülür.



Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru