“Azəriqaz”dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA

4-01-2022, 17:42           
 “Azəriqaz”dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA
“Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65 faiz icra olunub”.

Teref.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” hesabında yazıb.

Birliyin rəhbəri əlavə edib ki, qeyd olunan müddət ərzində sonradan ödənişli sayğacdan (mexaniki sayğaclar) istifadə edən 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefonla çəkərək müəssisənin təşkil etdiyi (077) 310-41-04 “WhatsApp” nömrəyə göndəriblər.

“Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz”ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər. Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65 %-lik nəticə bizi çox sevindirir”, - R. Əliyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru