Niyə təkəbbür təhlükəli dərəcədə yoluxucudur?
5-01-2022, 08:48
Özü ilə həddindən artıq qürrələnmə hissi bizi təhlükəli fikirlərə və ya hərəkətlərə gətirib çıxara bilər və həmin o təkəbbür meşə yanğını kimi başqalarına da yayıla bilər.
İyirminci əsrin 80-ci illərinin sonlarında britaniyalı psixoloq James Reason yol qəzalarının qüsurlu düşüncə ilə əlaqəsini tədqiq etmək fikrinə düşərək İngiltərənin Manchester şəhərində sürücülər arasında sorğu keçirmək qərarına gəldi.
O, küçədə və supermarketlərin avtomobil dayanacaqlarında ümumilikdə 520 sürücüdən müəyyən yol hərəkəti qaydalarını neçə dəfə pozduqları ilə maraqlanıb.
Məsələn, sürücülərdən arxa görünüş güzgüsünə vaxtaşırı baxıb-baxmadıqları, yol kəsişməsinə yaxınlaşarkən düzgün mövqe seçib-seçmədikləri soruşulub.
Yol hərəkəti qaydalarının pozulma hallarının siyahısı ilə yanaşı, respondentlərdən onların sürücülük bacarığının başqaları ilə müqayisədə orta səviyyədən yaxşı və ya pis olduğunu təxmin etmələri də xahiş olunub.
Bir çox insanın sükan arxasında sərf etdiyi vaxtın miqdarını nəzərə alaraq, ümid etmək olardı ki, sürücülərin əksəriyyəti öz sürücülük bacarığı barədə heç olmasa azacıq da olsa məlumatlı olacaqlar.
Ancaq Reason-un araşdırması göstərib ki, 520 sürücüdən yalnız beşi, yəni 1 faizdən də azı, hesab ediblər ki, onların sürücülük qabiliyyəti orta səviyyədən aşağıdır.
Qalanları - hətta daim səhv edən sürücülər belə özlərini ən azı hamı kimi yaxşı sürücü hesab edib, çoxları isə orta səviyyəli sürücüdən xeyli dərəcədə daha yaxşı maşın sürdüklərini düşünürdülər.
Bu, əslində, onları öz qüsurlarına göz baglamağa sövq edən kütləvi bir yanlış yanaşmanın nümayişi idi.
Təxminən 30 ildən sonra psixoloqlar bir daha insanlar arasında öz şəxsi keyfiyyətləri və bacarıqlarına yanaşma tərzində oxşar yanlışlıqlara yol verildiyini qeydə alıblar.
Bizə elə gəlir ki, biz çoxlarından daha ağıllı, daha istedadlı, daha atletik, etibarlı, diqqətli, dürüst və mehribanıq (çox vaxt bu hala "orta səviyyədən üstün olmaq" deyilir).
ABŞ-ın Greensboro şəhərindəki Şimali Karolina Universitetinin psixologiya üzrə müəllim-professoru Ethan Zell bu sahədə araşdırmalar aparmış alimdir və o deyir ki, yuxarıda qeyd olunmuş nəticələri təsdiqləyən "sübutlar son dərəcə etibarlıdır." "Əgər sinifdəki tələbələrə anket paylanıb orta səviyyədən aşağı-yuxarı olduqlarını qiymətləndirməyi təklif etsəniz, sinifdəkilərin demək olar ki, hamısı hər bir şeydə özünün orta səviyyədən yüksək olduğunu yazacaq."
Əksər sürücülərin öz qabiliyyətlərinə obyektiv qiymət verə bilməməsi yol qəzalarının riskini artırır.
Belə hal xoşagəlməz fəsadlara gətirib çıxara bilər.
Professor Reason-un qeyd etdiyi kimi, bacarıq səviyyəsi ilə əsassız qürrələnmə əsassız özünə arxayınlıq hissi oyadaraq, məsələn, yollarda riskli sürücülüyə və ciddi qəzalara səbəb ola bilər. Tibbdə ölümcül diaqnostik səhvə səbəb ola bilər; qanunda, bu, saxta ittihamlara və ədalətin pozulmasına gətirib çıxara bilər. Biznesdə isə menecerlik səviyyəsində təkəbbür şirkətlərə həm fırıldaqçılığa, həm də saxta bankrotluq elan edilmə hallarına yol aça bilər.
Təəccüblü deyil ki, psixoloqlar həddindən artıq özünə qürrələnməni "bütün qərəzlərin anası" sayır.
Nobel mükafatçısı alim Daniel Kahneman-ın məşhur bir kəlamı var ki, əgər onun insan psixologiyasında nəyisə dəyişə biləcək bir sehrli çubuğu olsaydı, ilk növbədə, o insanlarda "üstünlük kompleksini yox edərdi".
York Universitetinin psixologiya üzrə dosenti Joey Cheng tərəfindən aparılmış maraqlı yeni araşdırma göstərir ki, həddindən artıq özünə arxayınlıq yoluxucu da ola bilər.
"Əgər siz həddən artıq özünə qürrələnən bir insanla qarşılaşırsınızsa, o zaman öz imkanlarınızı da əsassız olaraq şişirtməyə meylli olacaqsınız," - o deyir.
Bu cür tendensiya bu qəbildən olan təhlükəli aldadıcı düşüncə tərzinin komanda üzvləri arasında yayılmasına gətirib çıxara bilər.
Əminlik kaskadları
Cheng deyir ki, o, təkəbbürün geniş yayıldığı kimi görünən Wall Street-dəki davranışla bağlı lətifəyə bənzər hesabatlarından ilhamlanıb.
"Məsələn, təhsil kimi digər sektorlara nəzər salsanız, eşitməzsiniz ki, müəllimlər oxşar tərzdə təsvir edilsin".
Bu fərq onu müəyyən insan qruplarının, başqalarında şişirdilmiş eqonun yaranmasına təkan verə biləcəyi məsələsi üzərində düşünməyə vadar edib.
Əvvəlki bəzi tədqiqatlar bu ehtimala işarə edirdi. Belə ki, bankirlərin özlərinə həddən artıq güvənmələrinin bu peşədə işlədikləri vaxta proporsional olaraq artmağa meyl göstərirdi - onların bu hissə həmkarlarından "yoluxduqlarını" fərz edəndə bu nəticəni gözlənilən saymaq olardı.
Lakin Cheng bu versiyanı laboratoriyada yoxlamağı qərara alıb.
Onun ilk eksperimenti iki mərhələdən ibarət idi.
İştirakçılardan əvvəlcə fərdi şəkildə insan sifətləri əks olunmuş fotolara baxaraq təsvir edilmiş adamların üz ifadələrinə əsasən onların xasiyyət cizgilərini təxmin etməyə çalışmaq tapşırılıb. Bu cür tapşırığın öhdəsindən bəzi insanlar kifayət qədər dəqiqliklə gələ bilir.
Tapşırığa başlamazdan əvvəl iştirakçılardan qrupun qalan üzvlərinə nisbətən öz qabiliyyətlərinin səviyyəsini qiymətləndirmələri xahiş olunub.
İkinci mərhələdə iştarkçılar eyni tapşırığı cütlüklərə bölünərək yerinə yetirməli olublar. Və bundan sonra onlardan yenidən öz qabiliyyətlərinə nisbi qiymət verilməsi xahiş olunub.
Bu cür alqoritm Joey Cheng-ə insan təkəbbürünün yoluxucu olub-olmadığını yoxlamaq imkanı verib.
Və həqiqətən də sınağın nəticələri göstərdi ki, ilk mərhələdə özünü təvazökar iştirakçı özünə qürrələnən iştirakçı ilə tanış olduqdan sonra özünün özünə əminlik əmsalını artırmışdı.
"Bu, olduqca diqqətəlayiq bir nəticə idi," - Cheng deyib.
Qürrələnməni insanın güclü olması əlaməti kimi qəbul edilən bəzi peşələrdə təkəbbür xüsusilə yoluxucu olur.
İkinci eksperimentin nəticələri daha da heyrətamiz oldu.
Bu dəfə iştirakçılar fotoşəklə baxıb insanın hansı çəkidə olduğunu təxmin etməliydilər.
Bu sınaq zamanı iştirakçılar cüt-cüt bölünmədilər, lakin onlara bəzi digər iştirakçıların cavabları nümunə kimi təqdim olundu.
Əslində təqdim olunan cavablar saxtalaşdırılmışdı. Cheng bu yolla bəzi iştirakçıların öz qabiliyyətlərini necə səhv dəyərləndirdiklərini aydın şəkildə nümayiş etdirmək istəyirdi.
Məsələn, qabiliyyət dəyərləndirilməsi əmsalına görə sıralamada axırda olanlar öndə gedənlar arasında olduqlarını iddia edirdilər.
Nəticədə, bu eksperimentdə iştirak edənlər bəzi iştirakçıların nümayiş etdirilmiş aşırı tərzdə özünə qürrələnmələrini bir xəbərdarlıq kimi qavramaq əvəzinə onların davranışını təqlid etməyə başladılar.
Özünə hədsiz dərəcədə güvənən biri ilə təmasda olmaq insanın özünəgüvən reytinqini təxminən 17 faiz artırmışdı.
Öz imkanlarını daha real iştirakçının profilinin nümayişi isə əsinə, iştirakçıların özünəgüvən reytinqini təxminən 11 faiz aşağı salmışdı.
Növbəti sınaqlarda Cheng təsdiq etdi ki, komandanın bir üzvünün üstünlük illüziyasına daha sonra başqa bir iştirakçı da yoluxa bilər - yəni bir mənbə bütün qrupu yoluxdura bilər. Buna "kaskad" effekti deyilir.
Cheng eləcə də aşkar edib ki, bir sahə üzrə həddən artıq özünə inam hissinə yoluxan adam, sonradan həmin təkəbbürünü başqa bir sahəyə də yaya bilər.
Belə ki, təkkəbbürlü insanla cəmi bir neçə dəqiqə ərzində təmasda olmağın təsiri sonradan, bir neçə gün keçmiş, özünü digər iştirakçıların davranışında da göstərib.
Ethan Zell bu nəticələrin əldə edilməsinin əhəmiyyətini vurğulayıb.
"Düşünürəm ki, bu tədqiqat çox maraqlıdır, yaxşı aparılıb və bizə həddən artıq özünə arxayınlığın mənşəyini, qrupdan-qrupa bunun dəyişməsinin səbəbini anlamağa kömək edir", - professor Zell deyir. O, bunun sosial normaların yaradılmasından irəli gəldiyini düşünür.
"Başqalarının həddən artıq özünə inamlı davranış nümayiş etmələri bunun mədəni dəyər və ya uyğun keyfiyyət olmasını düşünməyə sövq edə bilər".
Sirli mexanizmlər
Cheng-in nəticələri uyğunluq nəzəriyyəsinə aid bir çox digər araşdırmalara, o cümlədən ortaq bir hadisə ilə bağlı xatirələrimiz, gözəllik qavrayışımız və siyasi baxışlarımız ilə bağlı araşdırmalara uyğun gəlir.
"Sadəcə kiminləsə tanış olanda, həmin adamın davranış və düşüncə tərzini təqlid etmə ehtimalınız artır", - Cheng qeyd edir.
O əlavə edir ki, bunun iş yerində necə baş verə biləcəyini təsəvvür etmək asandır.
"Təsəvvür edək ki, siz bankda işləyən əməkdaşsınız. Bu biznesə ilk dəfə başlayanda kifayət qədər özünüzə inamınız var. Lakin bu mühitlə daha çox tanış olduqca, bəzi insanların lovğalı bəyanatlar verdiyini görürsünüz və onların necə heyrətamiz dərəcədə özünə əmin olduqlarının şahidi olursunuz, həmin adamların danışıq tərzinə və ünsiyyət qurmaq bacarığına heyran olursunuz. Və nəticədə, sizin həmin adamın bir növ klonuna çevrilməsi ehtimalı artır".
Öz elmi məqaləsində Cheng enerji şirkəti Enron-u nümunə gətirərək, təkəbbürün yayılma dinamikasının təşkilatlarda qısa zamanda necə yayıla biləcəyini izah edir.
Enron şirkəti bir vaxtlar ABŞ-ın yeddinci ən böyük korporasiyası sayılırdı, lakin 2001-ci ildə geniş yayılmış fırıldaqçılıq və korrupsiya xəbərlərindən sonra müflis olduğunu elan etdi.
Enron-un "təkəbbür mədəniyyəti" ad çıxarıb, şirkətin keçmiş işçilərdən birinin dediyi kimi, "Enron əməkdaşlarının təkəbbürlə özlərini hamıdan daha ağıllı hesab etdikləri şübhəsizdir".
Özünə həddən artıq güvənən bir insanla qarşılaşdığınız zaman özünüzün imkanlarını da həddən artıq qiymətləndirməyə daha çox meylli olursunuz.
"Əldə etdiyimiz nəticələr göstərir ki, bu cür həddindən artıq özünə arxayınlığın səbəbi qismən sosial yoluxma effekti ilə əlaqəli ola bilər, - Cheng qeyd edir. - Və bu, şirkətin süqutunun səbəblərindən biri ola bilən bir çox insanın suallar doğuran davranış tərzi ilə bağlı ola bilərdi".
Bu nəticələri nəzərə alaraq, Cheng təşkilatlara işçilərində hansı davranış tərzini stimullaşdırmalı olduqlarını nəzərdən keçirməyi tövsiyə edir.
"Rəhbərlik və menecerlər müəyyən şəxslərin başqalarına necə təsir göstərdiklərinə diqqət yetirməlidirlər, çünki onların həddindən artıq özünə arxayınlıq hissi həqiqətən də geniş yayıla bilər".
Bu nəticələr işə qəbul zamanı verilən qərarlar baxımından da faydalı ola bilər.
Təvazökar komanda üzvləri özləri daha realist olmaqla yanaşı, bütün komandanın həddən artıq arxayınlıq hissinə qapanmasının da qarşısını ala bilərlər.
"Onlar qrupu reallığa qaytarmağa kömək edə bilərlər", Cheng hesab edir.
Şəxsi müstəvidə isə, siz ən azı öz davranıınıza daha çox diqqət ayıra bilərsiniz.
Bilin ki, hər dəfə bacarıqlarınızla əsassız olaraq öyündüyünüz zaman, mümkündür ki, bütün sosial şəbəkələriniz vasitəsilə başqalarına təkəbbürlük dalğaları da göndərmiş olursunuz və nəticədə, James Reason-un ötən illər ərzində sənədləşdirməyə kömək etdiyi kütləvi yanılmanın ömrünü uzadırsınız.
BBC